Rusiya Prezidenti Vladimir Putinin helikopteri onun Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin dronlarının miqyaslı hücumunun mərkəzinə düşüb.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bunu “Rossiya-24” telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin deyib.
Onun sözlərinə görə, göyərtəsində Putinin olduğu helikopter Kursk vilayəti üzərində uçuş həyata keçirəndə dronların hücum intensivliyi artıb:
“Biz eyni zamanda hava hücumuna qarşı döyüş aparırdıq və havada prezident helikopterinin uçuşunun təhlükəsizliyini təmin edirdik”, – deyə o bildirib.
Xatırladaq ki, Putin mayın 20-də Kurska səfər etmişdi.