Putinin kritik Qırğızıstan qərarıbackend

Putinin kritik Qırğızıstan qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Putin Qırğızıstanla birgə regional hava hücumundan müdafiə sisteminin yaradılmasını ehtiva edən sazişi təsdiqləyib.

NOCOMMENT xəbər verir ki, Putin Rusiya ilə Qırğızıstan arasında hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutan sazişi təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Qırğızıstan arasında birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiq edən qanunu imzalayıb.

Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan Putinin imzaladığı qanuna əsasən, Rusiya və Qırğızıstan birgə regional hava hücumundan müdafiə sistemi yaradır.

Qeyd olunur ki, bu sistem Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin vahid hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir və bununla da regionun hava hücumundan müdafiəsini təkmilləşdirir.