Putinin malikanəsi ortaya çıxdı: Parka giriş qadağan edildibackend

Putinin malikanəsi ortaya çıxdı: Parka giriş qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Putin və sevgilisi Alina Kabayevanın Rusiyanın şimal-qərbindəki Valday gölünün ətrafında malikanələrinin olması xəbəri çıxandan sonra milli parkın ətrafındakı “xüsusi mühafizə zonası” genişləndirilib.

NOCOMMENT.az xəbər verir ki, “The Moscow Times”ın xəbərinə görə Putin və onun sevgilisi Kabaevanın ərazidə mülkə sahib olduqları üzə çıxdıqdan sonra parkın bir hissəsi ziyarətçilər üçün bağlanıb.

Müstəqil media orqanı “Proekt”in məlumatından cəmi üç gün sonra səlahiyyətlilər “Valday gölünün pisləşən ekoloji vəziyyəti” səbəbindən milli parkın xüsusi mühafizə zonasının genişləndirildiyini açıqlayıb.

Ehtimal olunur ki, 39 yaşlı Kabayeva Rusiya prezidenti ilə 2000-ci illərin əvvəllərindən münasibətdədir və onunla bir neçə övladı var.

Kreml isə Putin və Kabayevanın arasında hər hansı münasibətin olduğunu uzun müddətdir ki, inkar edir.

NOCOMMENT.AZ