Putinin məşuqəsinin keçmiş sevgilisi AXTARIŞA VERİLDİbackend

Putinin məşuqəsinin keçmiş sevgilisi AXTARIŞA VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin məşuqəsi olduğu iddia edilən Alina Kabayevanın keçmiş sevgilisi, polis kapitanı David Museliani axtarışa verilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiyanın hüquq-mühafizə orqanları David Muselianini Arktika limanlarında dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilirlər.

O da bildirilir ki, təkcə Kabayevanın keçmiş sevgilisi deyil, hüquq-mühafizə orqanlarının daha dörd yüksək rütbəli əməkdaşı da mənimsəmədə ittiham olunur. Onları 5 ilə qədər həbs gözləyir.

Museliani və başqaları qar avtomobilləri, bütün relyef maşınları və qayıqların tədarükü üçün rüşvət almaqda ittiham olunurlar. Muselianinin artıq Rusiyada beynəlxalq axtarışda olduğu bildirilir.

“Daily Mail” nəşri xatırladır ki, hazırda Rusiya İstintaq Komitəsinə Putinin universitetdəki tələbə yoldaşı rəhbərlik edir.

Alina Kabayevanın keçmiş sevgilisi xaricdə olarsa, onu həbs və Moskvaya ekstradisiya gözləyir.

David Museliani haqda qeyd olunur ki, o, hələ 2000-ci illərin əvvəllərində Kabayeva ilə münasibət qurarkən evli və bir qız atası idi.

Museliani Alinadan ayrılanda Kabayeva ona dost olaraq qalacağına söz verib. Sonra onun Kreml lideri ilə görüşdüyü barədə şayiələr yayılmağa başlayıb.

“Biz ayrıldıq, bu, qarşılıqlı qərar idi. Davidlə yaxşı münasibətdə olmuşuq və düşünürəm ki, dost olaraq qalacağıq”, – o zaman Kabayeva Museliani haqda açıqlamasında deyib.