Putinin mətbuat konfransına görə 20 jurnalist təcrid olunubbackend

Putinin mətbuat konfransına görə 20 jurnalist təcrid olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Prezident Vladimir Putinin mətbuat konfransında iştirak etmək istəyən 20 jurnalist əvvəlcədən 2 həftəlik təcrid olunublar.

NOCOMMENT.az yerli KİV-ə istinadla xəbər verir ki, onlar bu müddət ərzində hətta bir-birləri ilə də əlaqə saxlamayıblar.

Prezident administrasiyasının otellərindən birində jurnalistlər üçün otaqlar ayrılıb və onlar orada tək-tək məskunlaşıblar. Mətbuat işçilərinə digər insanlarla təmasda olmaları qadağan olunub. Testləri pozitiv olanları və karantin qaydalarını pozanları evə göndərəcəklərini bildiriblər.

Test verilən zaman və ya otaqlarda təmizlik aparılanda jurnalistlər icazədən sonra maska taxaraq çölə çıxa bilərdilər. Eyni zamanda onlarla əlaqə quran hər kəs qoruyucu kostyumda olmalı idi.

Mətbuat konfransından iki gün əvvəl jurnalistlər qan analizi veriblər. Analizin nəticələrinə əsasən yeddi nəfər evə göndərilib.
Publika.az