Putinin olimpiadada iştirakına qadağa qoyuldubackend

Putinin olimpiadada iştirakına qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin yaxın iki ildə dünya çempionatlarına və olimpiadalara qatıla bilməyəcək.

NOCOMMENT xəbər verir ki, bu barədə Dünya Antidopinq Agentliyi (WADA) ilə Rusiya Antidopinq Agentliyi (RUSADA) arasındakı mübahisəyə dair İdman Arbitraj Məhkəməsinin (CAS) qərarında bildirilib.

Qadağa ölkənin bütün yüksək vəzifəli şəxslərinə şamil edilib. Bunlara nazirlər və onların müavinləri, baş nazir və müavinləri, Dövlət Dumasının deputatları və dövlət başçısı da daxildir.

İştirakı qadağan edilmiş hansısa məmur, ev sahibi ölkənin prezidenti və ya baş naziri tərəfindən şəxsən dəvət edildiyi təqdirdə və ya Beynəlxalq Olimpiya Komitəsini (IOC), həmçinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvü olduğu təqdirdə turnirdə iştirak edə bilər.

Qeyd edək ki, CAS-ın qadağası idmançılara və onların komanda üzvlərinə şamil edilmir. CAS-ın və WADA-nın qərarına əsasən, rusiyalı idmançılar 2022-ci ilədək dövlət bayrağı altında beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.