Putinin qarşısı alınmasa, müharibə qapımızın ağzına gələcəkbackend

Putinin qarşısı alınmasa, müharibə qapımızın ağzına gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynaya dəstəyin dayandırılması müharibəni bizə yaxınlaşdıracaq”.

NOCOMMENT.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Norveçli həmkarı Espen Bart Eide ilə görüşündə belə deyib.

O, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb:

“Əgər Putinin Ukraynanın şərqində irəliləməsi dayandırılmasa, müharibə qapımızın ağzına qədər gələcək. Baltikyanı və polşalı dostlarımız bunu bizə xatırladırlar. Ukraynaya dəstəyin azalması müharibəni bizə yaxınlaşdıracaq və biz bunun qarşısını birlikdə almalıyıq. Ukrayna hər gün polyakların, finlərin, rumınların və norveçlilərin sülhünü müdafiə edir. Ona görə də dəstəyi əsirgəməməliyik”.

O, həmçinin əlavə edib ki, Almaniya Sahil Mühafizəsi bu yaxınlarda Norveç və Almaniya arasında qaz kəməri ilə “gözə çarpan şəkildə maraqlanan” bir rus gəmisini müşahidə edib.