Putinin qəzəbi Qərbi qorxutdu: İndi NATO və Qərblə müharibə vəziyyətindədirbackend

Putinin qəzəbi Qərbi qorxutdu: İndi NATO və Qərblə müharibə vəziyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının yüksək rütbəli rəsmisi Qərbin Ukraynaya hərbi yardımının Putini qəzəbləndirdiyini və Rusiyanın hazırda NATO və Qərblə müharibə vəziyyətində olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Almaniya hökumətinin Ukraynada davam edən müharibə üçün 14 “Leopard 2” tankı göndərmə qərarından sonra ABŞ bir neçə ay ərzində Ukraynaya 31 “M1 Abrams” tankı göndərəcəyini açıqlayıb.

Fransa və İngiltərənin qəbul etdiyi qərarlardan əlavə, Polşadan Ukrayna üçün xoş xəbər gəldi.

Polşanın baş naziri Mateusz Moravieki Kanada mətbuatına verdiyi müsahibədə Ukraynaya Alman “Leopard 2” tankından başqa daha 60 tank verəcəklərini bildirib.

Qərb müttəfiqləri tərəfindən Ukraynaya müasir tankların tədarükü ilə bağlı razılığın əldə olunmasında Polşanın rolunu qeyd edən Baş nazir Mateuş Moravieki, “Polşanın rolu digər ölkələri razı salmağa kömək etdi” deyə vurğulayıb.