Putinin Quranı öpməsinin videosu müsəlman ölkələrində geniş yayılıb – VİDEObackend

Putinin Quranı öpməsinin videosu müsəlman ölkələrində geniş yayılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya liderinin respublikaya səfərindən sonra Çeçenistan rəhbəri Ramzan Kadırovun Telegram kanalında Rusiya Prezidenti Vladimir Putin və Quranla birgə yayımlanan videoçarx “X” sosial şəbəkəsində və YouTube-da böyük populyarlıq qazanıb.

NOCOMMENT.az RİA Novosti -yə istinadən xəbər verir ki,videonu Türkiyə, Tunis, Misir, Suriya və BƏƏ-nin aparıcı telekanalları və nəşrləri də nümayiş etdirib.

“X” sosial şəbəkəsinin türk seqmentində video “Populyar” sekmesinde yerləşir və digər resurslarda aktiv şəkildə yayılır.

Bir çox türk istifadəçi heyranlıqla şərhlər yazıb. Onlar Vladimir Putinə sevgi və böyük ehtiramdan yazırlar, Rusiya prezidentinin real insan olduğunu vurğulayırlar.

Agentlik əlavə edir ki, video Qırğızıstan, Qazaxıstan və Azərbaycanda sosial şəbəkələrdə də yayılır.

Xatırladaq ki, Vladimir Putin 2011-ci ildən bəri ilk dəfə Çeçenistana səfər edib. Dövlət başçısı respublikanın birinci prezidenti Axmat-Hacı Kadırovun xatirəsini ehtiramla yad edib, Rusiya Əlahiddə Ümumqoşunlar Universitetində olub, həmçinin yeni tikilmiş İsa peyğəmbərin adını daşıyan məscidə baş çəkib. Putin məscidə əl işi olan qiymətli cilddə Quran hədiyyə edib.