Putinin səhhəti barədə suala aydınlıq gətirildi – RƏSMİbackend

Putinin səhhəti barədə suala aydınlıq gətirildi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin özünü yaxşı hiss edir və işgüzar əhval-ruhiyyədədir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putində son vaxtlar koronavirus əlamətlərinin olub-olmaması sualına cavab verərkən deyib.

“Prezident özünü əla hiss edir, işgüzar əhval-ruhiyyədədir, işləyir”, – deyə Peskov bildirib.

2021-ci ilin noyabrında Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı rpeyvəndlənib. Dövlət başçısı koronavirusa qarşı ilk peyvəndi 2021-ci ilin yazında etdirib.