Putinin təyin etdiyi rus komandir ÖLDÜRÜLDÜbackend

Putinin təyin etdiyi rus komandir ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin vəzifə verdiyi rus polkovnik-leytenant Dmitri Lissitskin öldürülüb.

NOCOMMENT.az bildirir ki, Ukrayna Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri, polkovnik-leytenant Dmitri Lissitskinin Stavropol şəhərindəki evində ölü tapıldığını açıqlayıb. Ukrayna kəşfiyyatının xüsusi planı ilə öldürüldüyü bildirilən Lissitzkinlə bağlı əlavə məlumat verilməyib. Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib.

Rusiya xəbər agentliklərinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə şəxsən Putindən “Rusiya Federasiyası Qəhrəmanı” adını alan Dmitri müharibədə Ukraynanın hücumları nəticəsində həlak olub. Rusiya Müdafiə Nazirliyi hələlik Lissitzkinin ölümü ilə bağlı açıqlama verməyib.
Sfera