Putinin Türkiyəyə səfərinə hazırlıq görülürbackend

Putinin Türkiyəyə səfərinə hazırlıq görülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika rəhbəri Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq işləri müvafiq idarələrdə aparılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.

Eyni zamanda agentliyin həmsöhbəti qeyd edib ki, siyasətçilərin gələcək görüşü üçün konkret tarix yoxdur.

Ötən həftə Ərdoğan Putinin 31 mart seçkilərindən sonra Türkiyəyə səfərini gözlədiyini bildirib.

Türkiyə liderinin sözlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putinin Türkiyə Respublikasına səfəri uzun müddətdir ki, hazırlıq mərhələsindədir və Rusiya tərəfi də bu səfəri gözləyir.