Putinin xalqa müraciət zamanı zirehli geyimdə olduğu iddia olunur – FOTObackend

Putinin xalqa müraciət zamanı zirehli geyimdə olduğu iddia olunur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin 2021-ci ilin son günündə xalqa müraciəti geniş müzakirə olunur. Onun çıxışını zirehli geyimdə həyata keçirdiyi iddia olunur.

NOCOMMENT.az xəbər verir ki, Rusiyada müstəqil media Putinin xalqa gülləkeçirməz paltarda hesabat verdiyini bildirir. Fotolarda dövlət başçısının paltosunun yuxarı düyməsinin çox kip bağlanması nəzərə çarpır. Hiss olunur ki, prezident qalın geyinib. Sosial mediadakı rəylərdə Putinin bir neçə qat zirehli geyimdən istifadə etdiyi yazılıb.
Vladimir Putinin Ynei il müraciəti
Rusiya prezidenti xalqa adəti üzrə açıq havada müraciət ünvanlayıb. Qoruma tədbirləri yenə ən yüksək səviyyədə olub. Amma Putinin məhz operatora güvənmədiyi iddia edilir.
Sosial mediada Əfqanıstanın keçmiş hərbi komandiri Əhməd Şah Məsudun başına gələn əhvalat xatırladılıb. Onu Mərakeş əsilli iki jurnalist “aradan götürmüşdü”. Putinin məhz belə bir taledən ehtiyat etdiyi qeyd olunur. /Bizimyolinfo