Putinin yaydığı məlumat Ermənistanda narazılıqlara səbəb oldubackend

Putinin yaydığı məlumat Ermənistanda narazılıqlara səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətindən sonra yayımlanan məlumat müzakirələrə səbəb olub.

NOCOMMENT yeniavaz-a istindən xəbər verir ki, Ermənistanda geniş müzakirələrə səbəb olan Kremlin yaydığı məlumatda Paşinyanı dəstəkləyən heç bir cümlənin olmadığı iddia olunur.

Ermənistan mətbuatı bildirir ki, mesajda sadəcə Putinin Ermənistanda asayişi və əmin-amanlığı qorumağa, düşdükləri vəziyyəti həll etməyə çağırdığı deyilir. Kreml isə verdiyi açıqlamada bunun yanlış şərh olunduğunu bildirib: “Əgər bizim yayımladığımız mətni diqqətlə izləsəniz, orada “Rusiya prezidenti problemin qanun çərçivəsində həlli tərəfindədir” ifadəsini görərsiniz. Bu çox vacibdir. Prezident Putin Ermənistanın qanuni hakimiyyətlərini dəstəklədiyini dilə gətirib”.

Qeyd edək ki, Kremlin bu açıqlamasında baxmayaraq, Ermənistanda hələ də Kremlin əvvəlki mesajında bu cür ifadələrin yer almadığı bildirilir.