Putinlə Batyanın 5 saatlıq görüşünün – Təfərrüatıbackend

Putinlə Batyanın 5 saatlıq görüşünün – Təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında 5 saat davam edən görüşün təfərrüatı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.

Peskov liderlərin əsasən ticari-iqtisadi əlaqələr və pandemiyaya qarşı mübarizəni müzakirə etdiklərini söyləyib.

“Ryaneyr” insidentindən də danışan Peskov Putinin Qərbin məsələ ilə bağlı tələsik nəticələr çıxardığını və yalnız hisslərə söykəndiklərini vurğuladığını qeyd edib:

“Bu durum düşünülmüş və konstruktiv bir araşdırma tələb edir”.

Kreml sözçüsü liderlərin bu gün də qeyri-rəsmi formada danışıqlar apardığını vurğulayıb.
Axar.az