Putinlə danışıqlar nəticə verdi – Türkiyədən Qarabağ mesajıbackend

Putinlə danışıqlar nəticə verdi – Türkiyədən Qarabağ mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğalçı Ermənistandır. Bizim hörmətli Prezidentimiz dünən bunu açıq şəkildə hörmətli Putinə izah edib”.

NOCOMMENT xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsi zamanı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın deyib.

“Biz Azərbaycanın yanındayıq. Bizim Prezidentin münasibəti belədir, buna bir damcı da şübhə yoxdur. Azərbaycana təhdidin haradan gəlməsindən asılı olmayaraq, Türkiyə Azərbaycanın yanında yer alacaq. Bu, diplomatik kanalların bağlanması demək deyil. Deyə bilərəm ki, Putinlə telefon danışığı çox yaxşı nəticələrə gətirib çıxardı”, – deyə o bildirib.

Moderator