“Putinlə görüşün nəticəsini gözləyirik” – senator Con Tunbackend

“Putinlə görüşün nəticəsini gözləyirik” – senator Con Tun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatında Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni sərt sanksiyaların tətbiqinə dair qanun layihəsinə baxılması Ağ Evin tələbi ilə təxirə salınıb.

NOCOMMENT.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Senatda respublikaçılar fraksiyasının lideri Con Tun bildirib.

Onun sözlərinə görə, iki partiyanın dəstəyinə baxmayaraq, qanun layihəsinin irəliləyişi Putinlə Budapeştdə keçirilməsi gözlənilən görüş ərəfəsində Trumpın diplomatik səylərinə zərər verməmək üçün müvəqqəti dayandırılıb.

“Düşünürəm, onlar hesab edirlər ki, Putinlə bu görüşün bir neçə həftə sonra necə keçəcəyinə baxmaq lazımdır”, – Tun jurnalistlərə deyib.

O, əlavə edib ki, qanun layihəsinin əsas müəlliflərindən biri olan və öz addımlarını Ağ Evlə koordinasiya edən senator Lindsi Gremlə sıx əlaqə saxlayır: “Düşünürəm ki, ən azı indi (Qrem – red.) bir neçə həftədən sonra baş tutacaq görüşün məhsuldar olub-olmayacağını müəyyənləşdirmək üçün Ağ Evlə işləyir”.

Adının açıqlanmasını istəməyən başqa mənbə də qanun layihəsinə faktiki olaraq Tramp-Putin sammitinə qədər “fasilə qoyulduğunu” təsdiqləyib.

Maraqlıdır ki, Tun bundan bir həftə öncə “hərəkət etməyin vaxtı gəldi” bəyanatını vermişdi. Lakin həmin gün Tramp uzun-uzadı Putinlə telefonda danışandan sonra yeni sanksiyaların “elə indi” tətbiqinin məqsədəuyğun olub-olmadığı ilə əlaqədar şübhəsini ifadə etdi.

Sebatda bu qanun layihəsinin 80-dən çox həmsponsoru var. Bu, prezidentin potensial vetosunu aradan qaldırmaq üçün kifayətdir. Lakin belə güclü dəstəyə baxmayaraq, respublikaçıların rəhbərliyi Trampın açıq-aşkar razılığı olmadan hərəkət etmək istəmir. Senatorlar ehtiyatlanırlar ki, Trampın sonradan ona qarşı çıxacağı təqdirdə, prezidentin ictimai dəstəyi olmadan qanun layihəsinin irəliləməsi onları çətin siyasi vəziyyətə sala bilər.

Xatirə SADİQ