Putinlə Paşinyan arasında mübahisəyə Papoyandan reaksiya: kim haqlıdır? – VİDEObackend

Putinlə Paşinyan arasında mübahisəyə Papoyandan reaksiya: kim haqlıdır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, MDB sammiti zamanı Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında qısa, lakin diqqətçəkən mübahisə yaşanıb. Putin Nikol Paşinyandan Rusiya ilə ticarət dövriyyəsinin həcmini soruşub. Paşinyan rəqəmi 4 milyard dollar kimi göstərib, Putin isə bu məbləğin daha çox olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Düşənbədə Paşinyanla Putin arasında yaranan fikir ayrılığına aydınlıq gətirib.

Naziri açıqlama verərək Paşinyanın göstərdiyi 4 milyard dollarlıq göstəricinin rəsmi və düzgün olduğunu təsdiqləyib.