Putinlə Ruhani arasında Qarabağ müzakirəsibackend

Putinlə Ruhani arasında Qarabağ müzakirəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı son vəziyyət və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar.

Ruhani Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar atəşkəs qərarını yüksək qiymətləndirdiyini bildirib:

“İran Azərbaycanla Ermənistan arasındakı problemlərin beynəlxalq hüquqa və ərazi bütövlüyünə hörmət əsasında dialoq və danışıqlar yolu ilə həlli üçün hər cür dəstəyə hazırdır”.

Vladimir Putin qeyd edib ki, İranın Qarabağ münaqişəsi kimi regional məsələlərə münasibəti Rusiya üçün çox vacibdir: “Problemin həlli üçün Tehranla məsləhətləşmələrin davam etdirilməsini məmnunluqla qarşılayırıq”.
Publika.az