Putinlə Uitkoff arasında görüş təxminən üç saat davam edibbackend

Putinlə Uitkoff arasında görüş təxminən üç saat davam edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Sankt-Peterburqda keçirilən görüş 3 saata yaxın davam edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məlumat verib.

Danışıqlar Prezident Kitabxanasında aparılıb. Rusiya nümayəndə heyətini prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil ediblər.