Putin Türkiyədəki Rusiya axtarış-xilasetmə qrupları barədə əmr verdibackend

Putin Türkiyədəki Rusiya axtarış-xilasetmə qrupları barədə əmr verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Türkiyədə baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlərində çalışan Rusiya qruplarının sayını artırmaq istədiyini bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən açıqlama verilib.

Açıqlamada Putinin Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkova axtarış-xilasetmə işləri ilə məşğul olan rus qruplarının sayını artırmaq göstərişi verdiyi bildirilib. 

Bu gün Rusiyadan Türkiyəyə 50 nəfərlik bir qrup və daha 11 həkim göndərildiyi qeyd edilən açıqlamada, göndərilən rusiyalı mütəxəssislərin sayının 150-ni keçdiyi bildirilib.

Açıqlamada qrupların Kahramanmaraşda düşərgə qurduğu, mütəxəssislərin iki gündür ki, qalıqları araşdırıb çıxarmaq üçün çalışdığı bildirilib.

NOCOMMENT.AZ