Qabrelyanov ilk dəfə açıqladı: Anna ərinə zəng edib dedi ki, sən necə kişisən…backend

Qabrelyanov ilk dəfə açıqladı: Anna ərinə zəng edib dedi ki, sən necə kişisən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İzvestiya” qəzetinin İdarə Heyətinin sədri Aram Qabrelyanov müharibə vaxtı Anna Akopyanla həyat yoldaşı Nikol Paşinyan arasında baş verən qalmaqaldan danışıb.

NOCOMMENT yeniavaz-a istinadla xəbər verir ki, Qabrelyanov teleqram kanalında açıqladığı məlumatda İkinci Qarabağ Müharibəsi vaxtı Paşinyan ailəsinin bunkerdə yaşadığı hadisəni danışıb. O bildirib ki, yeraltı bunkerdə Anna Akopyan və qızlarını tam silahlanmış 10 döyüşçü qoruyurdu:

“Digər 10 nəfər Paşinyanın oğlunu qoruyurdu. Daha sonra həmin yerə general Movses Akopyan gəldi. Anna Akopyan oradakı generalları bir neçə dəfə açıq şəkildə təhqir etmiş, hətta ordunu necə idarə etmələrini öyrətməyə çalışmışdı. Movses Akopyan buna dözə bilmədi və çox kobud şəkildə Annaya – “burada olduqca gizli bir hərbi əməliyyat müzakirə olunur, təcili bunkeri tərk edin”, – deyə əmr verir. Anna Akopyan isə həmin vaxt sərxoş vəziyyətdə idi. Nikol Paşinyana zəng edib təhqir etməyə başladı. O – “sən necə kişisən ki, arvadını hansısa general təhqir edir”, – deyə qışqırdı”.

Jurnalist bildirir ki, bundan sonra Paşinyan Araik Arutyunyana zəng edib general Movses Akopyanı həbs etməsini istəyib: “O vaxt Araik Arutyunyan Paşinyanın əmrini yerinə yetirməkdən imtina etdi. Təhlükəsizlik xidmətinin rəhbəri Paşinaya zəng edib generalın həbs olunması əmrini yerinə yetirməyin mümkün olmadığını bildirdi. Paşinyan isə həmin gənc təhlükəsizlik xidmətinin əməkdaşına – “kişi deyilsən”, – deyə qışqırdı”.

Qeyd edək ki, bundan sonra Movses Akopyan istefa vermiş və mətbuat konfranası keçirərək, ordu barədə qalmaqallı açıqlamalar vermişdi.