Qabrelyanov: İrəvanda qiyamçı vətənpərvərlərə yeni Njde başçılıq edəcəkbackend

Qabrelyanov: İrəvanda qiyamçı vətənpərvərlərə yeni Njde başçılıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni mənşəli rusiyalı jurnalist Aram Qabrelyanov əmindir ki, Yerevandakı “qiyamçı vətənpərvərlər”ə tezliklə “yeni Njde” başçılıq edəcək”.

NOCOMMENT AzərTAC-a istinadən xəbər verir ki, jurnalist bu barədə özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, Yerevanda daha iki-üç mitinq keçirilsə, qiyamçı vətənpərvərlərə “yeni Njde” başçılıq edəcək. Qabrelyanovun fikrincə, “sivil müxalifətin vəziyyəti dinc yolla idarə etməsi üçün o qədər də çox vaxt qalmayıb.

Ermənistan hakimiyyətində türklərə qarşı yeni əksinqilabçılar arasında artıq “yeni Njde” yetişməkdədir. O gələndə bütün satqınların işi şuluq olacaq. O gələndə Vətənin bütün vətənpərvər övladları xoşbəxt olacaq”.

Xatırladaq ki, 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan digər praktiki fəaliyyət növlərinin yayılması haqqında” məruzə təqdim edib.

Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası Qaregin Njde kimi millətçi təmayüllü, qeyri-müəyyən siyasi mövqeli, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumatlar olan bir şəxsin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb”.