Qabrelyanov: Qəfil dron səsi gəldi, Paşinyan bunu eşidib qışqırmağa başladı…backend

Qabrelyanov: Qəfil dron səsi gəldi, Paşinyan bunu eşidib qışqırmağa başladı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İzvestiya” qəzetinin idarə heyətinin sədri Aram Qabrelyanov Ermənistanın baş naziri Nikol Paşinyan haqqında daha bir qalmaqallı məlumat yayıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Qabrelyanov öz teleqram kanalı vasitəsilə verdiyi məlumatda Paşinyanın Zəngəzur səfəri zamanı başına gələn hadisədən danışıb.

O bildirib ki, 2020-ci ilin oktyabr ayında Paşinyan Zəngəzurda dövlət qurumlarından birində görüş təşkil edir. Həmin vaxt Paşinyan rəsmi şəxslərlə pafosla danışmağa başlayır: “Paşinyan əsəbi şəkildə müdafiənin necə təşkil edilməsini öyrətməyə çalışırdı. Bu vaxt qəfil dron səsi gəldi. Bunu eşidən Paşinyan – “Bunker haradadır”, – deyə qışqırmağa başladı. O, mühafizəçiləri ilə qarşısına çıxan qadınları və kişiləri tapdalayaraq otaqdan qaçmağa başlayır. Sığınacağa daxil olduqdan sonra – “məni qoruyun”, – deyə mühafizəçilərinə qorxu içində baxırdı. Paşinyanın bu hərəkətindən mühafizəçilər belə utanmışdı”.

Qabriyelyanovun sözlərinə görə, bu hadisədən 5 dəqiqə sonra dronun səsi itir. Nikol bu dəfə də mühafizəçilərə – “Təyyarə çağırın, hava sahəsini yoxlasın”, – deyə qışqırır. O yarım saatdan sonra Zəngəzuru tərk edə bilir.