Qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldıbackend

Qaçırılan “ASAN Xidmət” əməkdaşı tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə qaçırılan 30 yaşlı qadın tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, mart ayının 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və RPŞ-ə gətirilib.

Fakt üzrə Laçın RPŞ-də cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, T.İbrahimova “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır. Onun anası Sahibə İbrahimova qızının yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs tərəfindən qaçırıldığından şübhələndiyini bildirmişdi.