Dövlət Komitəsində 52 minlik mebel yenilənməsi — zərurət, yoxsa israf?backend

Dövlət Komitəsində 52 minlik mebel yenilənməsi — zərurət, yoxsa israf?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün mebel məhsullarının satınalması üzrə tenderin qalibi məlum olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, atınalmanın qalibi “STAR CONSTRUCTION GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Şirkətlə 52.746 AZN dəyərində müqavilənin bağlanması gözlənilir.

Müqaviləyə əsasən Komitəyə müxtəlif növ mebellər — o cümlədən mətbəx dəsti, iş masaları, universal dolablar, müdir və ön masalar, konfrans masası və ofis kresloları və.s ilə təchiz ediləcək.

Siyahıda, həmçinin MDF materialından hazırlanmış və maşın boya ilə örtülmüş, suya davamlı lak və poliuretan boya ilə qorunan mebel növləri də yer alır.

Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.