Çelyabinsk vilayətində “Yehova Şahidləri” dini təşkilatının təbliğçisi ( Rusiya Federasiyasında terrorçu və ekstremist təşkilatlar siyahısına daxil edilib ) ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunaraq 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat verib.
Məhkəmənin müəyyən etdiyi kimi, 2017-2022-ci illər arasında 49 yaşlı məhkum dini cərəyan tərəfdarları ilə görüşlər və toplantılar keçirib, fəal təbliğatla məşğul olub, yeni üzvlər cəlb edib və onları icma işlərində iştiraka həvəsləndirib. Onun ekstremist məzmunlu ədəbiyyat və informasiya materialları yaydığı da müəyyən edilib.
Cinayətlərin üstünü Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə üzrə regional Mərkəzinin əməkdaşları açıb.
Bundan əvvəl Krasnodarda ekstremist təşkilatın digər fəalı, yerli “Yehova Şahidləri” dini təşkilatının komitə sədri Aleksandr Lelikovun ( terrorçuların və ekstremistlərin reyestrinə daxildir) məhkəməsi keçirilib.