Qadın 10-cu mərtəbədən yıxılaraq öldübackend

Qadın 10-cu mərtəbədən yıxılaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq ölüb.

NOCOMMENT xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 20-30 yaşlarında qadının binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.