Qadın əri tərəfindən bıçaqlanıb – son vəziyyəti açıqlandı – YENİLƏNİBbackend

Qadın əri tərəfindən bıçaqlanıb – son vəziyyəti açıqlandı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
07.12.2025-ci il tarixində saat 18:00 radələrində 1993-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 
Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a məlumat verilib.
Bildirilib ki, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
***19:41
Gəncədə qadını bıçaqlayan şəxs tutulub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Məhəmməd Məhərrəmov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***

Gəncədə bıçaqlanma hadisəsi olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1993-cü il təvəllüdlü Esmira Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadını əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb.

Cinayyəti törən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar aparılır.