Qadın ərinin sevgilisini diri-diri yandırdıbackend

Qadın ərinin sevgilisini diri-diri yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sankt-Peterburqda dəhşətli hadisə baş verib.

NOCOMMENT.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qadın ərinin sevgilisini diri-diri yandırıb. Belə ki,  38 yaşlı qadın qısqanclıq zəminində 41 yaşlı Sankt-Peterburq sakinini maşınında olan zaman yandırıb.

Hadisə nəticəsində qadın ağır yanıq xəsarətləri alaraq reanimasiya şöbəsinə yerləşdirilib.

“Yaralının bədəninin 80 faizi yanıb, o, ağır vəziyyətdə təcili tibbi yardım institutuna çatdırılıb və hazırda reanimasiyada müalicə olunur”, – KİV-də qeyd olunub.

Hadisəni törədən qadın isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.\\Ajans.az