Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlibbackend

Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, C Liqasında yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 3-cü qrupun V turunda Kiprin qonağı olub.

Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib.

Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla üstələyib.