Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, xanımların bu özəl günündə onlara daha çox güllər, çiçəklər hədiyyə edilir.
Şəhərin mərkəzi küçələrində də bu mənzərə öz əksini tapıb.
Əbəs deyil ki, dahi ədibimiz Hüseyn Cavid qadınları bu misralarla tərənnüm edib:
“Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.