Qadın iki litr su içərək öldübackend

Qadın iki litr su içərək öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ sakini 20 dəqiqə ərzində iki litr su içib. Bu, onun huşunu itirməsinə və ölümünə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb.

Məlumata görə, 35 yaşlı Eşli Sammers ailəsi ilə ABŞ-nin İndiana ştatındakı Frimen gölündə istirahət edirmiş. İstidən qadın güclü susuzluq hiss edib. Qardaşı Devon Millerin sözlərinə görə, amerikalı 20 dəqiqə ərzində hər biri 473 millilitr olmaqla, dörd şüşə su içib.

Ümumilikdə onun içdiyi suyun miqdarı iki litrə yaxın olub.