Qadın özünü kanala atdı, FHN axtarışlara başladıbackend

Qadın özünü kanala atdı, FHN axtarışlara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda qadının özünü Samur-Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıblar.

Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.

Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.

Hazırda axtarışlar davam edir.