Qadın qətlləri artır, ya azalır?backend

Qadın qətlləri artır, ya azalır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada geniş yayılmış bir mövzuya çevrilən və bütün cəmiyyətlərə dərin təsir göstərən qadınlara qarşı zorakılıq, xüsusən də son vaxtlarda ölkəmizdə tez-tez gündəmdədir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NOCOMMENT.az-a verilən məlumata görə, qadın qətl faktları artmayıb:

“Qadın qətlləri artmayıb, sadəcə son dövrdə mətbuatda bu məsələlər olduqca ətraflı işıqlandırılır. Faktlar təxmini olaraq eynidir. Son statistikaya görə, avqust ayına olan 33 faktdır qadın qətlləri. Kişilərə qarşı qətllər bundan 4 dəfə çoxdur”.

Şiddətin artmasına əsasən insanlarda olan mənəvi keyfiyyətlərin itirilməsi, ətrafda baş verən hər hala güclü emosional reaksiyanın verilməsi, hər kəsin sosial şəbəkələrdə daha çox vaxt keçirərək ailə dəyərlərini, ailə komfortunu arxa plana keçirməsidir. Bütün bunlarla yanaşı, pandemiya dövrü də bunun üçün münbit şərait yaradır.

Önəmli məsələlərdən biri də odur ki, bu cür hallarla qarşılaşan xanımlar təəssüf ki, dövlət orqanlarına heç bir müraciət etmirlər. Belə olduqda isə şiddətin sonu ya qətllə bitir, ya da intiharla..

Komitədən bildirildi ki, qeydə alınan qətl hadisələrinin böyük bir hissəsində fərdlər və ya yaxınları heç bir quruma müraciət etmirlər:

“Çox təəssüf ki, apardığımız araşdırmalara görə, baş vermiş qətl faktlarında dövlət qurumlarına müraciət edilmir, həmin qurumlara heç bir siqnal vermir nə qohumlar, nə yaxınları, nə də qonşuları. Heç qurbanın özü də. Müraciətlər olarsa, ən azından qarşısını almaq üçün tədbirlər görülər”.

Məlumat üçün bildirək ki, avqustun 30-da saat 14 radələrində Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı azyaşlı övladı ilə birgə yaşadıqları evin pəncərəsindən yıxılaraq vəfat ediblər. Sonradan məlum olub ki, qurban həyat yoldaşı və qayınanası tərəfindən şiddətə məruz qalıb.

Xatırladaq ki, Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Nərmin Vüqarqızı