Qadın sahibkar barədə araşdırma başlanıldı: Yarım milyonluq mənimsəməbackend

Qadın sahibkar barədə araşdırma başlanıldı: Yarım milyonluq mənimsəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəməsi ilə bağlı açıqlama verilib.

NOCOMMENT xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan bildirilib ki, “Sara Group” QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır: “Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.

Qeyd edək ki, ötən gün Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızının işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəməsi barədə məlumat yayılmışdı.

A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.