Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib – YENİLƏNİBbackend

Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs olunub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

Məhkəmənin qərarı ilə Kənan Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.

***

00.36

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.