Qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıbbackend

Qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala rayonunun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.