Qadınlar üçün məcburi hərbi xidmət qərarıbackend

Qadınlar üçün məcburi hərbi xidmət qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada qadınlara hərbi xidmətin məcburi olması təklif edilib.

NOCOMMENT-in məlumatına görə Danimarka baş nazirinin müavini və müdafiə naziri Yakob Ellemann-Yensen yerli mediaya ordunun potensialını artırmaq üçün qadınlar üçün hərbi xidmətin məcburi edilməsi planını açıqlayıb. Ellemann-Jensen qadınların silahlı qüvvələrə daxil edilməsinin ölkənin NATO tələblərini yerinə yetirməsinə kömək edəcəyini, qadınların olması isə ordu üçün “faydalı” olacağını deyib.

Hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilər, kişilər isə lotereya sistemi ilə çağırıldığı təqdirdə qanuni olaraq maksimum 4 ay xidmət edə bilərlər.