Qadınlara mənzil satışında lider – Balıkəsirbackend

Qadınlara mənzil satışında lider – Balıkəsir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Türkiyədə satılan evlərin yüzdə 32,62-ni qadınlar aldığı halda, bu sahədə ən yüksək nisbət yüzdə 41,35 ilə Balıkəsirdə görülüb.

NOCOMMENT xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) statistik məlumatlarına görə, 2022-ci ildə ölkə daxilində satılan 1 milyon 485 min 622 evin 821 min 132-ni kişilər, 484 min 654-nü isə qadınlar alıb.

Keçən il ölkə daxilində qadınlara edilən satış nisbəti yüzdə 32,62 ikən, bu rəqəm 44 əyalətdə orta göstəricinin üzərində idi. Qadınlara ev satışında ilk yeri yüzdə 41,35 ilə Balıkəsir tutub.