Qadınlara qarşı əxlaqsız təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edildibackend

Qadınlara qarşı əxlaqsız təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.

NOCOMMENT Unikal-a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.