Qadınları “patı“ satmağa kim məcbur edir? – Açıqlamabackend

Qadınları “patı“ satmağa kim məcbur edir?Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar narkotik istifadəçilərinin sayı artmaqda davam edir. Hətta sosial şəbəkələrdə bu vasitələrdən istifadənin açıq şəkildə təbliğ olunduğunu müşahidə edirik. Polis narkotacirlərə qarşı mübarizənin genişləndirsə də, onların əl-qolunu tamamilə bağlamaq mümkün olmayıb. Təəssüf doğuran başqa bir məqam isə narkotacirlərin arasında həm də qadınların olmasıdır.

Qadınları “patı” satmağa kim məcbur edir?

Onlar məcburiyyətdən, bu yola düşüblər, yoxsa diqqəti yayındırmaq üçün qadınları bu işə cəlb ediblər?

NOCOMMENT.az-ın məlumatına görə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Yenisabah.az-a açıqlamasında deyib ki, qadınlar həyatlarını yaxşılaşdırmaq üçün tələyə düşürlər:

“Ümumiyyətlə cəmiyyətdə, dünyada rifah halı, imkanlar, yeniliklər çoxaldıqca qadınların bunlara marağı daha da artır. Onların bir çoxunun övladı var, bəzilərinin isə yoxdur. Onlar övladlarının və ya özlərinin həyatını yaxşılaşdırmaq üçün bunu asan yol hesab edirlər. Bir növ sanki onlar tələyə düşürlər”.

M.Zeynalovanın fikrincə, onlar öz ehtiyaclarını ödəmək üçün “patı” satış ilə məşğul olurlar:

“Onların özləri asılı vəziyyətinə düşürlər. Ona görə də satışla məşğul olurlar ki, öz ehtiyaclarını ödəsinlər. Bu həm də sosial-psixoloji vəziyyətdir. Təkcə cinayət məsələsi deyil”.

Mehriban Zeynalovanın sözlərinə görə, onlar aldatma, cəlbetmə mexanizmlərinə inanaraq bu işə başlayırlar:

“Qadınları müxtəlif yollarla satışa cəlb edə bilirlər. Cəmiyyətdə cəlbetmə, aldatma, təsir altına almaq, şantaj etmək mexanizmlərindən istifadə edilir. Kiminsə asılılığı varsa, şantaj edərək satışa məcbur edirlər.

Bu dərman arıqlama adıyla da satılır. Ola bilər ki, onların özləri də arıqlamaq eşqi ilə bu dərmandan istifadə ediblər. Daha sonra asılılıq yaranıb. Bununla yanaşı kimlərsə rifahını düzəltmək, problemlərini həll etmək üçün bu yola əl atıb”.