Qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıbbackend

Qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.