Qadınların maaşlarında artım – SƏNƏDbackend

Qadınların maaşlarında artım – SƏNƏD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər.

NOCOMMENT.az xəbər verir ki, “report”un əldə etdiyi məlumata görə, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək elmi dərəcəsi olan işləyən qadınların maaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsi imkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiq təkliflərin hazırlanaraq Komissiyaya (Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası-red) təqdim edilməsi tapşırılıb.