Qadir İbrahimli vəfat etdibackend

Qadir İbrahimli vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist Qadir İbrahimli vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə onun yaxın dostu Niyaz Niftiyev sosial şəbəkələrdə paylaşım edib.

O bildirib ki, Q.İbrahimlinin nəşinin dəfni üçün doğulduğu Lənkəran şəhərinə aparılması ilə bağlı hazırlıqlar görülür.

Xatırladaq ki, 54 yaşlı jurnalist səhhətində yaranan problemlər üzündən bir neçə gün əvvəl Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.