Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insident olub, yaralanan varbackend

Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insident olub, yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Rusiya vətəndaşları – 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri – 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub.

Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər.

Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər. Rusiya hərbçiləri polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.