Qafanın bələdiyyə başçısı təkzib etdi: Heç kim oğurlanmayıbbackend

Qafanın bələdiyyə başçısı təkzib etdi: Heç kim oğurlanmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Qafan şəhərinin bələdiyyə başçısı azərbaycanlılar tərəfindən bir hərbçinin qaçırılması barədə yayılan xəbərləri təkzib edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Gevork Parsyan azərbaycanlıların David Bəy kəndi yaxınlığında erməni əsgəri qaçırması barədə xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.

Daha əvvəl bu barədə Mediaport teleqram kanalı  əsgərin sərhəd keçid məntəqəsindən götürüldüyünü iddia edərək xəbər yaymışdı. “Biz bu məlumatlarla tanışıq. Bu, dezinformasiyadır, heç kim oğurlanmayıb”, – deyə bələdiyyə başçısı bildirib.