“Hizbullah” hərəkatı çox ciddi zərbələr alır, İsrailin hələ reallaşacaq “sürprizləri” var”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib.
“Hizbullah bir-birinin ardınca çox ciddi zərbələr alır və bizim (İsrailin – red.) hələ də sürprizlərimiz var, bəziləri artıq həyata keçirilib, digərləri isə hələ də həyata keçiriləcək”, – o deyib.
Ynet yazır ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın dövlətlə sərhədə yaxın bir sıra kəndlərində fəaliyyət göstərir. Portalın məlumatına görə, İsrail ordusu hücumların planlaşdırıldığı “Hizbullah”ın hərbi obyektləri tamamilə məhv edilənə qədər əməliyyatı davam etdirəcək.