Qalatasaray klubunun prezidenti şəhidimizdən danışdıbackend

Qalatasaray klubunun prezidenti şəhidimizdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Qalatasaray” klubunun prezidenti İkinci Qarabağ müharibəsində şəhid olmuş Murad Məmmədov barədə danışıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 71 yaşlı funksioner bu ifadələri işlədib:

“Komandaya azarkeşlik etmək anladılmaz bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Murad Məmmədovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. “Övladım yaşasaydı, çox xoşbəxt olardı”, – dedi. Bu bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin”.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” ifadəsini işlədib.

Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib: “Bu, “Qalatasaray” sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbir evinə qədər gedəcək”.