Türkiyənin “Qalatasaray” klubu bu mövsüm Çempionlar Liqasında nümayiş etdirdiyi uğurlu oyun sayəsində kassasını doldurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə klub prezidenti Dursun Özbek danışıb. Özbek il ərzində UEFA-dan üst-üstə 60 milyon avro aldıqlarını açıqlayıb.
“Qalatasaray” prezidenti qazandıqları pulu səmərəli xərcləyəcəklərini deyib. O, yeni transferlərin anonsunu verib./Metbuat.az /










